Avtobus iki avtomobillə toqquşub obyektə çırpıldı
04 noyabr 2025 22:13 (UTC +04:00)

Avtobus iki avtomobillə toqquşub obyektə çırpıldı

0

Binəqədi rayonu, Biləcəri qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə 202 nömrəli avtobusla “Prius” və “Sonata” markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Toqquşmadan sonra 202 nömrəli avtobus yol kənarında yerləşən obyektə çırpılıb.

Nəticədə avtobusun sürücüsü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Əraziyə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Hadisə səbəbindən ərazidə ciddi tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar