Rusiyanın Qaraçay-Çərkəz Respublikasında 3 uşaq və atası dünyasını dəyişib.
Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə ötən gün Üçkəkən kəndində baş verib. Qohumları əlaqə saxlamadığı üçün ailəni ziyarətə gəlib. Nəticədə bir kişi və üç uşaq, 13 yaşlı oğlan, 9 və 7 yaşlı qızlar ölü tapılıb. Ana sağ qalıb və vəziyyəti ağır olaraq xəstəxanaya yerləşdirilib. O, hazırda reanimasiyadadır.
Məlum olub ki, faciəyə səbəb dəm qazı olub.