Astarada 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.
Lent.az xəbər verir ki, Astara şəhər sakini, 48 yaşlı Nizami Vidadi oğlu Kərimovun meyiti onun yaşadığı ünvanda tapılıb.
İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar edib.
Nizami Kərimov Astara şəhərində tanınmış bərbər kimi fəaliyyət göstərib.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.