Başqırdıstanda kişi həyat yoldaşının rəfiqəsini zorlayıb.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə Ufada baş verib. Evli qadın öz rəfiqəsini qonaq çağırıb. Dostlar bütün gecəni danışıb və yalnız səhər yatıblar. Bir anda ev sahibi olan qadın mağazaya gedib. Bu zaman əri yatan qadına təcavüz edib. Qadın oyanıb nə baş verdiyini anlayanda kişi üzr istəməyə və başına gələnləri arvadına danışmaması üçün yalvarmağa başlayıb. Lakin arvadı artıq mağazadan qayıdıb və münaqişə başlayıb.
Kişinin arvadı yeddinci mərtəbənin pəncərəsindən yıxılıb. O, reanimasiyadadır. Mətbuatda yayılan xəbərlərə görə, qadınlar üç ildir dost olublar, uşaqlarını eyni bağçaya aparıblar.
Zorlamada şübhəli bilinən şəxs həbs edilib.