Arvadını öldürüb qaçan 63 yaşlı Adirek adlı Tailand sakini 16 ildən sonra məbəddə tapılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, kişi bir gün arvadı ilə birlikdə qayınanasına baş çəkməyə gedib. Adirək yolda arvadını dəbilqə ilə öldürüb. Bundan sonra meyiti yola ataraq hadisə yerindən qaçıb. Araşdırmadan sonra cinayətin törədildiyi Phitsanulok əyalət Məhkəməsi Adirek haqqında həbs qərarı çıxarsa da, 16 ilə yaxın idi qatil tapılmayıb.
2023-cü ildə polis cinayətkarın Royet əyalətindəki məbəddə gizləndiyini öyrənib. Adirek saxlanılıb. O, arvadını öldürdüyünü etiraf edib.
Hazırda faktla bağlı araşdırma aparılır.