Başqırdıstanın İqlinski rayonunun İqlino kəndində faciə baş verib: qısqanclıq zəminində yaranan mübahisə zamanı ər arvadını boğub.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, daha sonra o, hər şeyi elə tənzimləyib ki, sanki qadın özünü öldürüb, sonra da intihar edib.
Başqırdıstan Respublikası İstintaq Komitəsindən qeyd edilib ki, kriminoloqlar baş verənlərin əsl mənzərəsini müəyyənləşdirə biliblər. Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi başlanıb.