Arvadını başqa maşında gördü,  bıçaqla hücum etdi
18 may 2023 14:41 (UTC +04:00)

Arvadını başqa maşında gördü, bıçaqla hücum etdi

0

Türkiyədə kişi dönər bıçağı ilə insanlara hücum edib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib.

Doğan Bayram tıxacda arvadını başqasının maşınında görüb. O, motosikletlə maşının yolunu kəsib. Doğan Bayram əvvəlcə özü ilə gətirdiyi dönər bıçağı ilə avtomobilə hücum edib, sonra Rəcəb Dəmiroku kürəyindən və boynundan yaralayıb. Doğan Bayramın arvadı Sultan Bayram ətrafdakıların köməyi ilə maşından düşərək qaçıb. Hadisə yerinə polis qrupları gəlib.

Hazırda polis Doğan Bayramın tutulması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3072

Oxşar yazılar