Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar
01 may 2025 13:48 (UTC +04:00)

Arkadi Qukasyanın Şuşanın işğalından dərhal sonra orada olmasını əks etdirən videomateriallar

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın Şuşa işğal ediləndən dərhal sonra orada olmasını əks etdirən videomateriallar göstərilib.

Lent.az xəbər verir ki, videomaterialın tədqiqi zamanı dövlət ittihamını müdafiə edən prokurorlar görüntülərin Şuşanın işğalından dərhal sonra çəkildiyini bildirib və A.Qukasyana suallar ünvanlayıb.

Təqsirləndirilən şəxs suallara cavabında videokadrlarda özü ilə birlikdə Şuşada olan şəxslərin adlarını sadalayıb: “Ortada mülkü geyimdə olan sürücüdür. Mənim arxamda kostyumda olan Oleq İsayandır. Arxa planda Armen İsaqulovu tanıdım. İkinci Zori Balayan. Mülki geyimdə olan Vasili Atacanyandır. İndi sürücünün yerinə Yepiskop Parqev yaxınlaşdı... Digərlərini tanımıram. Görünür ki, sadəcə hərbiçilərdir”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1444

Oxşar yazılar

Şəkidə güclü yanğın başladı - VİDEO

Şəkidə güclü yanğın başladı - VİDEO

30 iyul 2025 , 23:20
Bakıda avtomobil  skuter sürən azyaşlı qızı  vurub öldürdü

Bakıda avtomobil skuter sürən azyaşlı qızı vurub öldürdü

30 iyul 2025 , 22:28
Samuxda 35 yaşlı qadını  ilan sancdı

Samuxda 35 yaşlı qadını ilan sancdı

30 iyul 2025 , 21:53
Gürcüstanda saxlanılan  Elnur Süleymanov Azərbaycana gətirildi

Gürcüstanda saxlanılan Elnur Süleymanov Azərbaycana gətirildi

30 iyul 2025 , 19:44
Qubada evdən meyit tapıldı

Qubada evdən meyit tapıldı

30 iyul 2025 , 19:33
Maşın vuran piyada 1 həftə sonra öldü

Maşın vuran piyada 1 həftə sonra öldü

30 iyul 2025 , 19:04
“Şlyapa Zahid”ə hökm oxundu

“Şlyapa Zahid”ə hökm oxundu

30 iyul 2025 , 18:35
"Sədərək" ticarət mərkəzində yanğın

"Sədərək" ticarət mərkəzində yanğın

30 iyul 2025 , 18:22