Aktrisaya qarşı 20 milyonluq  DƏLƏDUZLUQ
08 dekabr 2023 15:54 (UTC +04:00)

Aktrisaya qarşı 20 milyonluq DƏLƏDUZLUQ

Fırıldaqçılar A.P. Çexov adına Moskva İncəsənət Teatrının aktrisası Mariya Zorinaya qarşı külli miqdarda dələduzluq ediblər.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, özünü sənətçiyə Mədəniyyət İdarəsinin rəis müavini Sergey Perov kimi təqdim edən dələduz ilk zəngi sentyabrın sonunda edib. O, Zorinaya onun daxili bank hesabının sındırıldığını deyib. Daha sonra özünü Davudov D. adlandıran bir şəxs qadına zəng edərək aktrisanın bütün əmanətlərini bank hesablarından çıxarıb ehtiyat, təhlükəsiz hesaba köçürməyin vacibliyini bildirib.

Bundan sonra sənətçi dələduzlara 1,8 milyon rubl, bir neçə gün sonra isə 4,5 milyon rubl köçürüb. Daha sonra fırıldaqçılar ona mənzilinin qeyri-qanuni satıldığını bildirib və onu yeni daşınmaz əmlak alqı-satqısı etməyə razı salıblar. Zorina mənzilin və BMW X1 markalı avtomobilin satışından əldə olunan gəliri də cinayətkarlara köçürüb. Oğurluğun ümumi məbləği 19,822 milyon rubl (təxminən 353 648 manat) təşkil edib.

Zərərçəkmiş dekabrın 7-də polisə müraciət edib. Hüquq-mühafizə orqanları araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Oxşar yazılar