Ağdaşda içib, çəkib  maşın sürənlər cəzalandırıldı
07 mart 2023 13:29 (UTC +04:00)

Ağdaşda içib, çəkib maşın sürənlər cəzalandırıldı

0

Ağdaşda narkotik vasitə və spirtli içki qəbul edib avtomobil idarə edən 13 sürücü barəsində qanunamüvafiq tədbir görülüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, ötən ay ərzində bu istiqamətdə keçirilən tədbirlər zamanı narkotikin təsiri altında 9, spirtli içki qəbul edib nəqliyyat vasitəsi idarə edən 4 sürücü saxlanılıb. Araşdırma zamanı onlardan bəzilərinin sürücülük hüququnun olmadığı da məlum olub.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2454

Oxşar yazılar