Ağdamda AĞIR QƏZA:  ölən və xəsarət alanlar var -YENİLƏNİB
01 may 2024 15:46 (UTC +04:00)

Ağdamda AĞIR QƏZA: ölən və xəsarət alanlar var -YENİLƏNİB

Ağdamda ölümlə nəticələnən yol qəzasında 5 nəfər xəsarət alıb.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, 2003-cü il təvəllüdlü Əliyev Fateh Xaliq oğlu, 1966-cı il təvəllüdlü Əliyev Vidadi Süleyman oğlu, 1992-ci il təvəllüdlü Səfərli Türkan Əlihikmət qızı, 1998-ci il təvəllüdlü Qəribli Nüvər Zaur qızı və 1991-ci il təvəllüdlü Quliyeva Pərvanə Qüdrət qızı Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

İlkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon mərkəzi xəstəxanasına göndəriliblər.

Qeyd edək ki, qəza nəticəsində 1997-ci il təvəllüdlü Zülfiyyə Zeynallının öldüyü bildirilir.

 

***

14:37

Ağdamda yol qəzası olub.

Lent.az APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobillə 02-BU-150 nömrə nişanlı "VAZ" markalı avtomobil toqquşub. Qəza nəticəsində bir nəfər ölüb. Xəsarət alanların olduğu bildirirlir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib.

Bildirib ki, faktla bağlı Ağdam rayon Polis Şöbəsində araşdırma aparılır.

# 3105
avatar

Oxşar yazılar