Tələbə qız 70 il sonra  məzun oldu
15 may 2024 17:51 (UTC +04:00)

Tələbə qız 70 il sonra məzun oldu

ABŞ-da 91 yaşlı qadın tələbə olduqdan 70 il sonra universiteti bitirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Meri Ellen Foley 1950-ci ildə “Southwest Missouri College”dən (indiki Missouri State University) erkən uşaqlıq təhsili üzrə bakalavr dərəcəsini alıb. Beş il sonra o, heyvan elmləri tələbəsi ilə evləndiyi üçün Missuri Universitetinə köçüb.

Foley hamilə olduğunu öyrənəndə məzun olmasına bir neçə imtahan qalmışdı. O, uşaqlarını böyütmək üçün universiteti tərk etməli olub. Qadın 1970-ci illərdə Mizssouda yenidən qeydiyyatdan keçməyi düşünsə də, şərtlərin dəyişdiyini görüb.

Aprel ayında Foley nəvəsinə fərqli bir sahədə olsa belə, kollec dərəcəsi almaq istədiyini söyləyib. Köhnə qiymətlərinə baxdıqdan sonra akademik məsləhətçi Foleyə ümumi təhsil dərəcəsi qazanmaq üçün kifayət qədər krediti olduğunu söyləyib.

Meri Ellen Foleyin yaxın zamanlarda kollec diplomunu alacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3189
avatar

Oxşar yazılar