Narkotik istifadə edən "Prius" sürücüsü həbs olundu
15 may 2024 16:14 (UTC +04:00)

Narkotik istifadə edən "Prius" sürücüsü həbs olundu

Narkotik vasitənin təsiri altında inzibati məsuliyyətdən yayınmağa çalışan sürücü həbs edilib.

Bakı şəhər DYP İdarəsindən Lent.az-a verilən xəbərə görə, əməkdaşlar tərəfindən dövlət qeydiyyat nişanına müdaxilə edərək inzibati məsuliyyətdən yayınmağa çalışan “Toyota” markalı, 99-LY-942 nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü Quliyev Bağış Tapdıq oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı B.Quliyevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə B.Quliyevin sürücülük hüququ 9 ay müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Oxşar yazılar