Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb
15 may 2024 21:23 (UTC +04:00)

Qubad İbadoğlu siyasi fəaliyyətini dayandırıb

Azərbaycan Demokratiya və Rifah Partiyası (ADR) fəaliyyətini dayandırıb, sədri Qubad İbadoğlu isə siyasi fəaliyyətinə qeyri-müəyyən müddətə fasilə verib.

Lent.az xəbər verir ki, bu barədə qərar ADR İdarə Heyətinin mayın 14-də keçirilmiş toplantısında verilib.

ADR-dən partiyanın fəaliyyətinin dayandırılmasının səbəbi onun “Siyasi partiyalar haqqında” Qanunun tələblərinə uyğun qeydiyyata alınmaması ilə əlaqələndirilib.

Qubad İbadoğlunun siyasi fəaliyyətinə fasilə verilməsi isə 9 aylıq həbs həyatından sonra səhhətindəki ciddi neqativ dəyişikliklər, xüsusilə ürəyindəki problemlər göstərilib.

Hələlik, açıqlanan qərarlara rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

İqtisadçı Qubad İbadoğlunun sədrlik etdiyi partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4197
avatar

Oxşar yazılar