Lent.az növbəti psixoloji testi təqdim edir.
Bu çiçəklərdən birini seçin, ən həssas duyğularınız barədə xəbər verək.
Yasəmən çiçəyini seçənlər keçmiş xatirələri qiymətləndirən, itirilmiş şeylərin nostaljisini yaşayan insanlardır. Bu gündən çox keçmiş xatirələrlə yaşayırsınız.
Çobanyastığı seçənlər insanlarla münasibətlərdə incə və saf davranış sərgiləyənlərdir. Bu adamlar sadəlik, dürüstlük və təmizliyə önəm verirlər.
Qızılgül seçənlər emosional, ehtiraslı, münasibətlərdə harmoniya tələb edən insanlardır.
Zanbaq seçənlər nəciblik, zəriflik və mənəvi inkişafa dəyər verirlər. Harmoniya onlar üçün önəmlidir
İnciçiçəyi seçənlər yeni başlanğıclara hazırdırlar. Saflığa, təravətə qiymət verir, münasibətlərdə harmoniyanın vacibliyini düşünür, bunu tapa bilməyəndə inciyib uzaqlaşırlar.