Bakıda qadına qarşı  əxlaqsızlıq edən   tutuldu - VİDEO
15 may 2024 18:23 (UTC +04:00)

Bakıda qadına qarşı əxlaqsızlıq edən tutuldu - VİDEO

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 32 yaşlı Xəyal Ağayev saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi, başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

# 2130
avatar

Arzu Qurbanlı

Oxşar yazılar