“Direktoram, mənə  ad, mükafat   vermək istəmirlər”- Elman Rəfiyev
15 may 2024 12:20 (UTC +04:00)

“Direktoram, mənə ad, mükafat vermək istəmirlər”- Elman Rəfiyev

Bir neçə gündür sosial şəbəkələrdə prezident mükafatı alan aktyorların sevinc dolu paylaşımları diqqət çəkir. Mükafat alanlar sevinir, ala bilməyənlər  arasında susanlar da var, giley-güzar edənlər də.

Bəzi aktyorlar gileylənirlər ki, uzun müddət mükafat alan aktyorları yeniləri ilə əvəz etmək olar. Artıq illərdir mükafat alan aktyorlar isə deyirlər ki, "hərə öz haqqını alır, biz sosial düzənimizi bu mükafata uyğun qurmuşuq".

“Sizə niyə mükafat verilmir?” 

Əməkdar artist Elman Rəfiyev Lent.az-ın sualına cavab olaraq bildirib ki, o, Dövlət  Pantomim Teatrının direktoru olduğuna görə adı mükafatçılar siyahısına salınmır.

“Aktyor olduğumu unudublar. Tamaşalara, filmlərə çəkilirəm. "Direktorsan" deyib vermirlər. O vaxt mənə Əməkdar mədəniyyət işçisi adını vermək istəyirdilər, dedim, o adı versəniz, imtina edəcəm. Məcbur olub Əməkdar artist adını verdilər.

12 il keçib üstündən. Bu janrda ən qocaman aktyor mənəm, Xalq artisti adını vermək istəmirlər, səbirlə gözləyirəm”, - o bildirib.
 

# 2091
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar