Mayın 14-də “Mançester Siti”, 51-ci və 90+1 dəqiqələrdə Erlinq Haalandın dublu sayəsində 34-cü turun təxirə salınmış 34-cü oyununda “Tottenham”ı səfərdə 2-0 məğlub edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, oyunun 86-cı dəqiqəsində “Siti”nin əvəzedici qapıçısı Stefan Orteqa “Tottenham”ın hücumçusu Son Heunqun üzərində təkbətək dueldə qalib gələrək super seyv edib.
Koreyalı bu dueldə hesabı bərabərləşdirə bilərdi. Əgər oyun heç-heçə bitsəydi, “Siti” Premyer Liqa cədvəlində “Arsenal”dan iki xal irəliləyə bilməzdi. İndi Xose Qvardiolanın komandası Premyer Liqada 1 tur qalmış “topçular”ı 2 xal qabaqlayır.
Bu xilasetmə Qvardiolanın başını tutub yerə yıxılmasına səbəb olub.