Ağcabədidə itkin düşən oğlanın meyiti  kanaldan tapıldı - YENİLƏNİB
07 fevral 2025 12:13 (UTC +04:00)

Ağcabədidə itkin düşən oğlanın meyiti kanaldan tapıldı - YENİLƏNİB

Ağcabədidə itkin düşən yeniyetmənin meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, fevralın 6-da Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndindən keçən hissəsində batan 17 yaşlı Həsənov Adil Əkbər oğlunun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
6 fevral, saat: 09:35

Ağcabədidə yeniyetmə itkin düşüb.

Lent.az-ın məlumatına görə, şəhərin Babək küçəsində yaşayan 17 yaşlı Həsənov Adil Əkbər oğlu fevralın 4-də evdən çıxaraq geri qayıtmayıb.

Bu barədə onun atası polisə müraciətində bildirib.

Araşdırma zamanı Adil Həsənova məxsus “Redmi” markalı mobil telefon Yuxarı Qarabağ kanalının kənarında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677

Oxşar yazılar