Sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn Əli-Afiyəddinin xəstəxanadan fotosu yayılıb.
Lent.az həmin fotonu təqdim edir:
Əldə etdiyimiz məlumata görə, Əli-Afiyəddin anasının nəzarəti altında xəstəxanada müalicə alır.
Qeyd edək ki, Sosial şəbəkələrdə çəkdiyi videolarla gündəmə gələn Əli-Afiyəddin valideyni ilə birgə polis idarəsinə dəvət olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirib ki, valideynin iştirakı ilə yetkinlik yaşına çatmayan şəxsin sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin 9-cu sinif şagirdidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilib.