Abşeronda BMW divara çırpıldı, sürücü öldü
30 iyun 2023 12:55 (UTC +04:00)

Abşeronda BMW divara çırpıldı, sürücü öldü

0

Abşeronda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə iyunun 30-da saat 2 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində baş verib. Hökməli qəsəbə sakini T.Kərimov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı hasara vurub və nəticədə hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2020

Oxşar yazılar