Masazır qəsəbəsində yol nişanının səhv qoyulması qəzaya səbəb olub.
APA xəbər verir ki, hadisə Əliağa Vahid küçəsində qeydə alınıb.
Belə ki, İmran Kərimov idarə etdiyi “Honda” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman qəfil onun qarşısına qapağı olmayan quyu çıxıb.
Həmin quyunun yaxınlığında qurulan yol nişanı isə sürücünü çaşdırıb.
Ona görə, o sükana nəzarəti itirib.
Avtomobil idarəetmədən çıxaraq yol kənarındakı rabitə xətləri üçün nəzərdə tutulan taxta dirəyə çırpılaraq dayanıb.
Nəticədə sərnişin xəsarət alıb.
Sürücü isə APA-ya bildirib ki, qəzaya səbəb yola düzgün nişanın qurulmaması olub.
Əraziyə evakuator cəlb edilib.
Avtomobil cərimə meydançasına aparılarkən nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.