Abşeronda 11 evdən oğurluq  edənlər tutuldu
25 avqust 2023 15:03 (UTC +04:00)

Abşeronda 11 evdən oğurluq edənlər tutuldu

0

Abşeronda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisindəki 4 evdən oğurluq etdiyinə görə Elmik Nəsirli avqustun 23-də Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Ətrafında aparılan araşdırmalarlar onun müxtəlif vaxtlarda paytaxt sakini Səfər Bayramov ilə birgə daha 7 evdən ümumilikdə 5800 manat dəyərində elektrik naqili, təmir alətləri, elektrik aksesuarları və avadanlıqları oğurlaması da müəyyən olunub.

Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlərlə Səfər Bayramov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2572

Oxşar yazılar