Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.
DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Suraxanı RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində Əmircan qəsəbəsi ərazisində yerləşən 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin mağazaların satıcıları Ə.Əsədullayev və İ.Şükürov barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub.
Bildirilib ki, bu istiqamətdə reydlər davam etdirilir.