Respublikanın daxili işlər orqanları həftəsonu və bazar ertəsi törədilən 56 cinayətin üstünü “isti izlər”lə açıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 6 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.