Şəhid olan hərbi qulluqçumuz Bərdədə dəfn olundu - FOTO
07 mart 2020 16:31 (UTC +04:00)

Şəhid olan hərbi qulluqçumuz Bərdədə dəfn olundu - FOTO

Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Qarayev Eltun Elman oğlu ilə doğulduğu Bərdə rayonu Qazqurdalı kəndində vida mərasimi keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Qarayev Eltun Elman oğlu Bərdədə Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində rayon rəhbərliyi, DSX-nın nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4576
avatar

Oxşar yazılar