Qax rayon Polis Şöbəsinin əməkdaşları torpaq sahələrinin birindən oğurluq edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nəticədə avqustun 17-də rayon ərazisindəki torpaq sahələrinin birindən 1000 manat dəyərində olan 700 kiloqram şaftalı oğurlamaqda şübhəli bilinən Almalı kənd sakini C.Abdullayev saxlanılıb.