Saatlıdakı intiharla bağlı cinayət işi açıldı  - YENİLƏNİB
19 dekabr 2019 11:09 (UTC +04:00)

Saatlıdakı intiharla bağlı cinayət işi açıldı - YENİLƏNİB

 

Saatlı sakininin özünü güllələməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Saatlı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, dekabrın 18-də saat 12 radələrində Saatlı rayon sakini Əliyev Sakit Əjdər oğlunun rayonun Dədə Qorqud kəndində yerləşən fermada ov tüfəngindən bir dəfə atəş açmaqla özünü öldürməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub. Daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının, məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə məhkəmə tibbi ekspertizası təyin olunub, habelə aşkar edilmiş maddi sübutlar qablaşdırılaraq götürülüb və digər təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılıb.

 

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

18 dekabr, 16:54

Saatlı sakini özünü güllələyib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Dədə Qorqud kəndində qeydə alınıb. Rayonun Şirinbəy kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Samit Əjdər oğlu əlindəki ov tüfəngindən açılan atəş nəticəsində aldığı güllə yarasından ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1509
avatar

Oxşar yazılar