Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Ruzigar Qasımov küçəsində baş verib.
Belə ki, 1957-ci il təvəllüdlü Tamella Həndiyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, 63 yaşlı qadın sirkə turşusundan zəhrənib. Onun hansı səbəbdən sirkə turşusunu içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.