Salyanda kanal düşən avtomobilin sürücüsünün kimliyi müəyyənləşib.
APA-nın yerli bürosu xəbər verir ki, Bakı sakini, 57 yaşlı Əhmədov Qalib Əkbər oğlu idarə etdiyi furqon tipli “Moskviç-412” markalı avtomobili kanala aşırıb. Nəticədə sürücü və sərnişini, Biləsuvar rayon sakini olan qadın suda boğularaq ölüblər.
***
14:20
Salyanda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az FHN-nin saytına istinadla xəbər verir ki, Salyan rayonunun Sarvan kəndində "Моskviç" markalı minik avtomobili su kanalına aşıb. Bu barədə nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Muğan Regional Mərkəzinin axtarış-xilasetmə qrupları hadisə yerinə cəlb olunub. Regional mərkəzin qüvvə və vasitələrinin köməkliyi ilə avtomobil kanaldan çıxarılıb, içərisində aşkarlanan şəxsiyyəti məlum olmayan kişi və qadın meyiti aidiyyəti üzrə təhvil verilib. Eyni zamanda, xidmətin dalğıc-axtarış qrupu tərəfindən su kanalında axtarış işləri aparılıb.
Əməliyyat başa çatıb.
APA-nın yerli bürosunun məlumatına görə isə, qəzada ölən kişi və qadın ər-arvad olub.