Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Ramil Məmmədov və Raqif Məmmədov saxlanılıb.
DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla onların 1 ədəd televizor, spirtli içkilər və müxtəlif bijuteriya əşyaları oğurlamaqla şikayətçiyə 1500 manat məbləğində ziyan vurduğu müəyyən edilib. Dindirilmə zamanı hər iki şəxs törətdiyi cinayət əməlini etiraf edib.
Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.