Müğənni Elnarə Abdullayeva karantin qaydalarını pozub.
APA-nın məlumatına görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi protokol tərtib olunaraq cərimələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktı APA-ya təsdiqləyib.
Qeyd edək ki, müğənninin icazəsi olmadan karantin postundan keçmək istədiyi və polis əməkdaşları tərəfindən saxlandığı ilə bağlı məlumat yayılıb.