İntihar hadisəsinin qarşısı alınıb
26 dekabr 2019 03:45 (UTC +04:00)

İntihar hadisəsinin qarşısı alınıb

 

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsinə çıxaraq intihar etmək istəyib. 

FHN-dən APA-ya verilən məlumata görə, nazirliyin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. 

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

# 553
avatar

Oxşar yazılar