Gürcü balıqçıların axtarışına Azərbaycanın helikopteri cəlb edildi
02 dekabr 2019 17:10 (UTC +04:00)

Gürcü balıqçıların axtarışına Azərbaycanın helikopteri cəlb edildi

Azərbaycan sərhədçiləri Qardabani rayonunun Gürcüstan-Azərbaycan sərhədində yerləşən Candargölündə itkin düşmüş balıqçıların axtarışına cəlb edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın İctimai televiziyası məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfindən axtarış xilasetmə işlərinə helikopter cəlb edilib.

Qeyd edək ki, Candargölündə içərisində üç balıqçının olduğu qayığı külək aşırıb. Balıqçılardan yalnız biri sahilə çıxmağa müvəffəq olub və o, Gürcüstan Fövqəladə Hallar Xidmətinin qaynar xidmətinə zəng edərək yardım çağırıb.

İtkin düşmüş şəxslərin qohumları balıqçıların daha əvvəl gölün Azərbaycan sahilində olduğunu bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 847
avatar

Oxşar yazılar