Dünən yol qəzalarında 6 nəfər ölüb
11 noyabr 2020 13:01 (UTC +04:00)

Dünən yol qəzalarında 6 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 21 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 6 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.   

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802
avatar

Mehman Nəbiyev

Oxşar yazılar