Dünən yol qəzalarında 2 nəfər ölüb
29 dekabr 2019 13:45 (UTC +04:00)

Dünən yol qəzalarında 2 nəfər ölüb


Azərbaycanın daxili işlər orqanları dekabrın 28-də törədilən 19 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Mehman Nəbiyev

Oxşar yazılar