Sabirabadda 37 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Yolçubəyli kənd sakini Mehrəliyeva Güldərən Təvəkkül qızını elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.