Bakıda sərxoş sürücü qəza törədərək xəsarət alıb
02 dekabr 2019 03:02 (UTC +04:00)

Bakıda sərxoş sürücü qəza törədərək xəsarət alıb

 

Bakının Suraxanı rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Yeni Suraxanı yaşayış massivində baş verib.

1988-ci il təvəllüdlü Cəfərov Elçin Rizvan oğlu idarə etdiyi “Opel” markalı avtomobillə divara çırpılıb. Nəticədə sürücü E.Cəfərov xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, xəsarət alan şəxs sərxoş vəziyyətdə xəstəxanaya qəbul olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 773
avatar

Oxşar yazılar