Bakıda “BMW” yüksək sürətlə otelin giriş qapısına çırpılıb - FOTO - VİDEO
02 dekabr 2019 01:40 (UTC +04:00)

Bakıda “BMW” yüksək sürətlə otelin giriş qapısına çırpılıb - FOTO - VİDEO

 

Bakının Səbail rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Neftçilər prospektində baş verib.

Belə ki, 99-UX-894 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yüksək sürətlə hərəkətdə olan zaman əvvəlcə Rəşid Behbudov küçəsinə dönən “Ford” markalı nəqliyyat vasitəsinə  dəyib. Daha sonra “BMW” zərbənin gücündən “Park İNN” otelinin giriş qapısına çırpılıb. 

“BMW”nin sürücüsü ağır xəsarət alıb, avtomobil yararsız hala düşüb. Otelə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı Neftçilər prospektində sıxlıq yaranıb.

Qeyd edək ki, BMV əvvəlcə “Auidi” markalı maşının arxa hissəsinə toxunub və hərəkətə davam edib. “Audi”nin sürücüsü isə ona saxlaması üçün xəbərdarlıq edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2465
avatar

Oxşar yazılar