Azərbaycanda iki zəlzələ oldu
20 dekabr 2019 09:19 (UTC +04:00)

Azərbaycanda iki zəlzələ oldu

Siyəzən və Bərdədə zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən xəbərə görə, gecə saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində zəlzələ baş verib.

Zəlzələnin maqnitudası 3.3, dərinliyi 44 km olub. Zəlzələ hiss olunmayıb.

Saat 08:00-da isə Bərdə stansiyasından 8 km cənub-qərbdə, Bərdə ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitidası 3.2, dərinliyi 24 km olub. 

Zəlzələ hiss olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1289
avatar

Oxşar yazılar