Avtomobil idarəetmədən çıxaraq dirəyə çırpılıb: yaralı var
26 dekabr 2019 02:26 (UTC +04:00)

Avtomobil idarəetmədən çıxaraq dirəyə çırpılıb: yaralı var

 

 

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Bakıxanov qəsəbəsində baş verib.

24 yaşlı Musayev Əli Ədalət oğlu minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb.

Qəza zaman Ə.Musayev xəsarət alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona döş qəfəsinin əzilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar