Avstraliyada avtomobil hicab mağazasına çırpıldı: yaralılar var
22 may 2020 02:16 (UTC +04:00)

Avstraliyada avtomobil hicab mağazasına çırpıldı: yaralılar var


Avstraliyanın Yeni Cənubi Uels əyalətinin Qrinakr şəhərində nəqliyyat vasitəsi hicab satılan mağazaya çırpılıb. 

APA-nın Sputnik-ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində avtomobilin sürücüsü də daxil olmaqla, 12 nəfər xəsarət alıb.

Yerli polis hadisənin terrorla əlaqəli olduğuna dair heç bir şübhənin olmadığını bildirib. 

Xəsarətlər yüngül olduğundan yaralılara hadisə yerində tibbi yardım göstərilib. 

Qeyd edək ki, yaralananlar 18-30 yaş arasında olan qadınlardır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1513
avatar

Oxşar yazılar