Aeroport şossesində yol qəzası baş verib, yolda sıxlıq yaranıb - FOTO
08 dekabr 2019 21:40 (UTC +04:00)

Aeroport şossesində yol qəzası baş verib, yolda sıxlıq yaranıb - FOTO

 

Heydər Əliyev prospekti-Hava limanı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən ilkin məlumata görə, "Baku Expo Center"in qarşısında "Mercedes" markalı yük maşını yoldan çıxaraq arakəsmə maneələrə dəyib. Daha sonra bir neçə işıq dirəyini sıradan çıxarıb.

Avtomaşının yanacağı yola dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yola dağılmış yanacaq yuyulub. 

Qəza səbəbindən avtomagistralda sıxlıq yaranıb. Yolun həmin hissəsində zolaqlar üzrə sürət həddi endirilib.

BNA sürücüləri yağışlı hava şəraitində son dərəcə diqqətli olmağa çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1297
avatar

Oxşar yazılar