Türkiyədə ər arvadını qətlə yetirib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Adanada 76 yaşlı Abdullah Sarı mübahisə etdiyi xərçəng xəstəsi arvadı 74 yaşlı Nailə Sarını silahla kürəyindən vuraraq öldürüb.
Hadisədən sonra kişi polis bölməsinə gedərək təslim olub.
Faktla bağlı araşdırma aparılır.