Rusiyanın Sankt-Peterburq şəhərində 69 yaşlı kişi keçmiş həyat yoldaşına hücum edib.
Lent.az yerli mediaya istinadla bildirir ki, təqaüdçülərin qonşuları mənzillərində qışqırıq səsi eşidib və polisə müraciət ediblər. Təhlükəsizlik qüvvələri gəlib 66 yaşlı qadını xilas etdikdə onun keçmiş əri tərəfindən zorlandığı üzə çıxıb.
Zərərçəkmiş tibb müəssisəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır qiymətləndiriblər. Həkimlər ona burun sınığı, beyin silkələnməsi və digər xəsarətlər diaqnozu qoyublar.
Hazırda cinayətkar barəsində cinayət işinin başlanması məsələsi həll edilir.