Moskvada 64 yaşlı qadın nəvəsinin sinif yoldaşından polisə şikayət edib.
Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, yaşlı qadın azyaşlı qızın mütəşəkkil cinayətkar qrup yaratdığını irəli sürüb.
Məlumata görə, şikayətçi dekabrın 30-da hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Qadın şikayət edib ki, Zelenoqrad məktəblərindən birində birinci sinifdə oxuyan 3 şagird dəstə yaradaraq, nəvəsi də daxil olmaqla, digər şagirdlərə zor tətbiq edib.
Xuliqanlardan biri nəvəsini ayağından vurduqdan sonra qadın polisə müraciət edib. Təqaüdçünün sözlərinə görə, əvvəlcə o, münaqişəni müəllim vasitəsilə həll etməyə çalışsa da, heç nə alınmadığından polisə ərizə yazıb.