60 yaşlı qadını vurdu, hadisə yerini tərk etdi
11 oktyabr 2022 23:11 (UTC +04:00)

60 yaşlı qadını vurdu, hadisə yerini tərk etdi

0

Samuxda 60 yaşlı qadını maşın vurub

Samuxda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 60 yaşlı Mehriban Abbasovanı vurub.

Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, piyadanı vuran maşın hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2497

Oxşar yazılar