6 yaşlı qızı tualetdə günlərlə  ac saxladılar
12 iyun 2023 13:45 (UTC +04:00)

6 yaşlı qızı tualetdə günlərlə ac saxladılar

Türkiyədə anası və ögey atası 6 yaşlı qıza işgəncə edib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin Ankara şəhərində baş verib.

6 yaşlı Reyhanın anası bacısına zəng vuraraq onu aparmasını istəyib. Reyhanın xalası onun bədəninin müxtəlif nayihələrində göyərmə izlərini və yeriməsində çətinlik çəkdiyini görüb. Balaca qız anasının və ögey atasının onu döydüyünü, günlərlə tualetdə qaranlıqda və ac qoyduğunu bildirib.

Reyhan ögey atasının onu tək ayaq üstə saxladığını, başmaq və çubuqla döydüyünü deyib. 

Hazırda polis faktla bağlı araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Arzu Qurbanlı

Oxşar yazılar