6 yaşlı qız yük maşınının altında keçindi, sürücünü də öldürdülər
07 avqust 2024 18:20 (UTC +04:00)

6 yaşlı qız yük maşınının altında keçindi, sürücünü də öldürdülər

Türkiyədə 6 yaşlı qız yük maşınının altında əzilərək ölüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Manisa rayonunun Salihli qəsəbəsində tarlada baş verib. 62 yaşlı Şükür Erdem tarlada yük maşınını geriyə doğru hərəkət etdirib. Bu zaman avtomobil ailəsi ilə həmin tarlaya gələn və bir kənarda yatan 6 yaşlı Ayşenur Toprakın üzərindən keçib. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri qızın öldüyün müəyyən ediblər.

Bundan sonra qızcığazın ailəsi də sürücünü silahla vuraraq yaralayıblar. Xəstəxanaya aparılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şükür Erdemi öldürən 28 yaşlı C.K. və 34 yaşlı E.K. saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar