Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 14-də və 15-də ümumi çəkisi 51 kiloqraman yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,2 kiloqramdan artıq heroin, 34 kiloqrama yaxın marixuana, 7,3 kiloqramdan çox tiryək, 3,1 kiloqrama yaxın metamfetamin, həmçinin 1600 ədəd metadon həbi və 59 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.